Litvanın paytaxtı Vilnüsdəki gecə klublarından birində Yeni il şənliyindən çəkilən fotolar Facebook-da yayıldıqdan sonra ölkədə ciddi müzakirə mövzusuna çevrilib.
Lent.az-ın məlumatına görə, bu barədə musavat.com “Delfi”yə istinadən xəbər yayıb. Məlumata görə, fotolarda gözəl qadına bənzəyən şəxs əslində kişidir. Söhbət Azərbaycandan olan 20 yaşlı Raul Məmmədlidən gedir. O, üç ildir Litvada yaşayır. Raul Məmmədli nədənsə gecə klublarına qadın kimi gedir və çoxları onun kişi olduğunu hiss eləmirlər. Raul stilist işləyir: “Qadın paltarlarını diqqət cəlb etmək üçün geyinirəm. Bu, mənə işim üçün lazımdır”.