Azərbaycanlı məsciddə imam köməkçisinin çənəsini sındırdı
17 yanvar 2013 12:37 (UTC +04:00)

Azərbaycanlı məsciddə imam köməkçisinin çənəsini sındırdı

Rusiyada yaşayan Azərbaycan əsilli şəxs imamın köməkçisini döyüb.

 

Lent.az-ın “ntv.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Xantı-Mansiysk muxtar dairəsindəki Nefteyuqansk şəhərindəki məsciddə baş verib.

 

Günorta namazından sonra imamın köməkçisi Taqir-xazrat Samatov məsciddəki otağına gəlib. Bu zaman otağa namazda iştirak etmiş Azərbaycan əsilli bir şəxs daxil olub. O, “siz səhv namaz qılırsan” deyərək Taqir-xazrat Samatovu döyməyə başlayıb. Nəticədə imam köməkçisinin burnu və çənəsi sınıb. İmam köməkçisini qışqırığını məscidə gələnlər eşidib və otağa daxil olub onu azərbaycanlının əlindən alıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1559
avatar

Oxşar yazılar