Portuqaliyanın şərqindəki Kastelo Branco şəhərində ağır yol qəza hadisəsi baş verib. Lent.az-ın “Evronews”-ə istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun dərəyə aşması nəticəsində ən azı 11 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.
Ölənlərin hamısının Portuqaliya vətəndaşı olduğu bildirilir. 44 sərnişinin olduğu avtobus İspaniyanın Badajoz şəhərindən Santa Maria de Feiraya gedirmiş.
Ölənlərin sayının artmasından ehtimal edilir və xilasetmə işlərinə 260-dan çox xilasedicinin, onlarla təcili yardımın cəlb edildiyi bildirilir.