Oktyabrda Avstriyada keçirilən parlament sekilərindəkn sonra qurulan koalision hökumət 27 yaşlı Sebystina Kurz xarici işlər naziri vəzifəsi verilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, seçkidə Sosial Demokrat Partiyası ilə Xalq Partiyası arasında koalision hökumət qurulub. Yeni hökumət rəsmi fəaliyyətə başlayıb.
Ölkənin baş naziri sosial-demokrat Verner Fayman, onun müavini isə Xalq Partiyasının lideri Mişel Şpiendelegger olub.
Sebastian Kurz xalqçıların «parlayan yeni ulduzu» sayılır. O, müsəlman qaçqınlara yönəli fəaliyyəti ilə təriflənmişdi. Sebastian Kurz Avropa ölkələrində Xarici İşlər Nazirliyinə başçılıq edəcək ən gənc nazirdir.