Avstraliyanın Pert şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, azı 9 nəfər xəsarət alıb.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin ehtimala görə, ticarət mərkəzində transformator partlayıb. Partlayışdan sonra yanğın başlayıb. Yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası cəlb olunub.