Avstraliyada üzgüçülük üzrə iki olimpiya məşqçisi uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunur.
Lent.az-ın İngiltərədə çıxan “Qardian” qəzetinə istinadən məlumatına görə, məşqçilərdən biri Skott Uolkers artıq bir dəfə, 2002-ci ildə 3 yeniyetmə qızı cinsi zəmində qısnadığı üçün mühakimə edilib. O, həmin idmançıları 1980-ci illərdə məşq etdirirmiş. Ancaq bir ildən sonra ona qarşı ittiham ardan qaldırılıb.
O biri məşqçi Terri Baku qarşı ittiham 2009-cu ildə, ölümündən 4 il sonra ittiham olunub. Onun seksual xarakterli cinayətindən 1960-cı illərdə keçmiş olimpiyaçı Greq Rocers və onun qardaşı zərər çəkib.
Bu məsələlərlə bağlı cinayət işi üzrə dinləmələr iyulun 7-də başlayacaq.