Avropada şok dəyişiklik: Rumıniya Moldovanı "yeyir"
03 yanvar 2014 02:17 (UTC +04:00)

Avropada şok dəyişiklik: Rumıniya Moldovanı "yeyir"

“2014-cü ildə Rumıniya açıq və səmimi şəkildə bəyan edəcək ki, Moldova rumın torpaqlarıdır”. Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Rumıniya prezidenti Trayan Besesku öz xalqına yeni il müraciətində deyib. 
 
Onun fikrincə, belə bir ideya təkcə siyasətçilər üçün deyil, iki ölkənin vətəndaşları üçün də maraqlı olacaq.
 
Ötən ilin sonunda T.Besesku Rumıniya və Moldovanın vahid dövlətdə birləşməli olduğunu demişdi. Bunu o, Avropa Birliyi və NATO-ya üzvlükdən sonra Rumıniyanın layihələrindən biri adlandırmışdı. 
 
Rumıniya artıq hər iki nüfuzlu təşkilatın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1724
avatar

Oxşar yazılar