Avropa Məhkəməsindən ermənilərə zərbə: türkiyəli siyasətçi haqlı çıxdı
17 dekabr 2013 14:45 (UTC +04:00)

Avropa Məhkəməsindən ermənilərə zərbə: türkiyəli siyasətçi haqlı çıxdı

Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi  Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. APA-nın xəbərinə görə, D. Perinçək 2007-ci ildə İsveçrədə keçirilən müxtəlif toplantılarda “erməni soyqırımı”nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib.

 

Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən D. Perinçək son apellyasiya instansiyasının qərarında sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda D. Perinçəkin şikayəti əsaslı sayılıb.  

 

Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Avropa Şurasına üzv ölkələr üçün presedent təşkil edəcəyi bildirilir. Bu isə erməni diasporu və lobbisinə ciddi zərbədir. Xatırladaq ki, erməni lobbisi Fransa başda olmaqla bir çox ölkədə uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun qəbul etdirməyə çalışır. Fransada qəbul edilən bu cür qanun ölkəni Konstitusiya Şurası tərəfindən ləğv edilsə də, hazırda ermənilər bu qanunu yenidən qəbul etdirmək istəyirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419
avatar

Oxşar yazılar