İnsan haqları üzrə Avropa Məhkəməsi 2000-ci illərin birinci yarısında itkin düşmüş 8 çeçen ailəsinə Rusiyanın 550 min avro ödəməsi barədə qərar çıxarıb.
Lent.az-ın «
Məhkəmənin məsələ ilə bağlı bəyanatına əsasən, Rusiya hakimiyyətin həmin insanları itməsi ilə bağlı izahat verə bilməyib.
Strasburqdakı bu məhkəmə Moskvanın nəzərinə çatdırıb ki, Şimali Qafqazda insanların tez-tez «yoxa çıxması», «oğurlanması» ilə bağlı olayların baş verməsi üçün qəti tədbirlər görsün. Bundan başqa qurum Rusiya məhkəmələrində bu cinayətə dair işlərin olduğunu diqqətə çatdıraraq, onun yaranması səbəblərinin aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməsini Kremldən istəyib.