Avropa Birliyinə üzvlüyü rədd edən dövlət
23 fevral 2014 07:45 (UTC +04:00)

Avropa Birliyinə üzvlüyü rədd edən dövlət

İslandiya koalsion hökumətin ortaqları  - Tərrəqi Partiyası və Müstəqil Partiya  parlamentə yeni qanun layihəsi təqdim edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin sənədə əsasən, hökumət Avropa Birliyinə üzv olmaq iddiasını geri götürüb. Ölkənin xarici işlər naziri Gunner Braqi Sveinsson dövlət radiosuna müsahibəsində AB-yə yönəli siyasətin dəyişməsi hökumət dəyişməsi ilə əlaqədardır.

Bu partiyalar 2013-cü ilin aprelindəki seçkidə iqtidara gəlib. Müstəqil Partiya birliyə üzvlüyə qarşı olduğunu  seçki proqramında da açıq bəyan etmişdi.

 

Ancaq koalision hökumətin proqramında Avropa Birliyinə üzvlük məsələsini referenduma çıxarılacağı vurğulanmışdı.

 

«Iceland Review» jurnalı apardığı sonuncu rəy sorğusunda İslandiya əhalisinin 58 faizi AB-yə üzvlüyə tərəfdar olduğunu bildirib. Halbuki 2013-cü ilin aprelində əhalinin 68 faizi AB-yə üzvlüyə qarşı çıxmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2806
avatar

Oxşar yazılar