Avropa Birliyi Ukraynada etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiqində məsuliyyət daşıyanlara məhdudiyyət qoyub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
İtaliyanın xarici işlər naziri Emma Bonino bildirib ki, sanksiyaya əsasən, həmin şəxslərin Avropa Birliyi dövlətlərinə giriş yasaqlanıb və banklardakı hesabları dondurulub.
Bu xəbəri birliyin ali komissarı Ketrin Eşton da təsdiqləyib.
O, qeyd edib ki, günahkarların cəzalandırılması üçün müstəqil araşdırma aparılmalıdır.