ATƏT-in mətbuat azadlığı məsələləri üzrə səlahiyyətli nümayəndəsi Dunya Miyatoviç fotojurnalistlər Uminə Əhmədova və Timur Karpovun yox çıxması ilə bağlı qurum adından Özbəkistanın rəsmi orqanlarına müraciət edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə paytaxtı Daşkənddə polis saxlayandan sonra onlardan xəbər yoxdur.
Daşkənd polisi bildirib ki, Özbəkistanın tanınmış fotojurnalisti Uminə Əhmədova və «Lenta.ru»-nun fotoredaktoru Timur Karpou yanvarın 29-da sərbəst buraxıblar.
Bununla belə indiyə kimi nə həmkarları, nə də yaxınları jurnalistlərə əlaqə yarada bilməyib.