APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti bildirib. Məlumata görə, məruzəçilər Mixael Aastrup İensen və Boris Çileviç yanvarın 13-15-də Gürcüstanda səfərdə olacaqlar. Məruzəçilər Gürcüstanda prezident seçkilərindən sonra siyasi durumun inkişafını, konstitusiya prosesi, məhkəmə sistemi islahatlarını və azlıqların haqlarının müdafiəsi məsələlərini müzakirə edəcəklər.
AŞPA məruzəçilərinin Gürcüstan prezidenti, parlament sədri, baş nazir, xarici işlər və ədliyyə nazirləri, barış və vətandaş bərabərliyi nazirləri, eyni zamanda parlamentin siyasi fraksiyaları, məhkəmə sistemi və vətəndaş cəmiyyəti ilə görüşləri gözlənilir.