ASO generalı komandanlığı təhvil vermək istəmir
23 fevral 2014 07:23 (UTC +04:00)

ASO generalı komandanlığı təhvil vermək istəmir

Bu yaxınlarda Azad Suriya Ordusunun (ASO) komandanı Səlim İdrisin tutduğu vəzifədən azad edildiyi haqda xəbər yayılmışdı.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «BBC»-nin ərəbcə redaksiyasını müsahibəsində o, müxalifətin bu qərarı ilə razılaşmadığını bildirib.

 

S.İdris bu qərara görə müxalifətdə olan Milli Şuranın sədri Əhməd Cərbini kəskin tənqid edib. General onun avtoritarlıqda Bəşar Əsəddən «fərqinin olmadığını» söyləyib.

 

S.İdris bildirib ki, müxalifət rəhbərliyi tam tərkibdə istefa verəcəyi halda tutduğu postu tərk edəcək.

 

Xatırladaq ki, ASO-nun Ali Hərbi Şurası Səlim İdrisin yerinə  briqada generalı Abdullah Başir əl-Noeimi təyin edib. Mənbə bildirib ki, yeni komandan təcrübəlidir.

 

 

ASO rəhbərliyi S.İdrisin işindən razı qalmadığını bildirib. Azadlıq Ordusunun son aylar tutduğu mövqelərin itirilməsində onu təqsirli bilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar