Argentina hakimiyyəti «Shell» neft-qaz şirkətini ölkə iqtisadiyyatını dağıtmağa səy göstərməkdə ittiham edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «əl-Universal» qəzeti bildirib ki, şirkət istehsal etdiyi yanacağın qiymətin 12 faiz qaldırdıqdan sonra hakimiyyət belə bir açıqlama verib.
«Bu şirkət ölkəmizin maraqları ilə ziddiyyət təşkil edən qərarı təsadüfən qəbul etməyib. «Shell» və rəhbərliyinin davranışı həmişə ölkəmizin və Argentina istehlakçılarının marağına qarşı olub» - deyə, Argentinanın baş naziri Xorxe Kapitaniç bildirib.
«Shell» yanacağı Argentina valyutasının dollara nisbətdə 20 faiz devalvasiyası fonunda bahalaşdırıb. Bundan sonra tərəflər arasında münaqişə başlayıb.