Ana oğlunu doğrayıb, zibil torbasına yığıb
06 fevral 2014 06:13 (UTC +04:00)

Ana oğlunu doğrayıb, zibil torbasına yığıb

ABŞ-ın Detroyt şəhərində 59 yaşlı ana oğlunu  doğrayaraq, onun hissələrini zibil yerinə tullayıb.

 

Lent.az-ın «TCH.ua»-ya istinadən məlumatına görə, bu haqda «The Huffington post» xəbər yayıb.

 

Mənbə bildirib ki, yanvarın 26-da 32 yaşlı kişinin itkin düşdüyü elan olunub. Onun cəsədini Detroytun ətrafında tapıblar. Ancaq cəsədi tanımaq çətin olub.

 

Onun cəsədi doğranaraq, zibil üçün nəzərdə tutulan ayrı-ayrı paketlərə yığılıb. Qurbanı barmaq izlərindən tanıyıblar.

 

Polis doğanmış kişinin anasını şübhəli şəxs qismində saxlayıb. Bununla belə həmin qadının kimliyi açıqlanmır. Onun oğlunu doğraması səbəbi də məlum deyil.

 

Araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar