Amerikalı «tvitter»dəki şərhinə görə işdən qovulub
22 dekabr 2013 07:46 (UTC +04:00)

Amerikalı «tvitter»dəki şərhinə görə işdən qovulub

ABŞ-ın «İAC» iri media-şirkətinin qadın əməkdaşı Afrikaya ezamiyyətə gedərkən «tvitter» səhifəsindəki yazdığı yazı üzündən işdən qovulub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Castin Sakko adlı həmin əməkdaş yazıb: «Afrikaya gedirəm.QİÇS tutmayacağıma ümid edirəm. Zarafat edirəm. Mən ağam».

 

Bu başqa istifadəçilər tərəfindən kəskin etirazla qarşılanıb. Qısa müddətdə Castin Sakko səhifədə yazdıqlarını silib.

 

«İAC» şirkəti bəyanatla çıxış edərək, «ağılasığmaz və çirkin şərhin» şirkətin  baxışını və dəyərlərini əks etdirmədiyni bildirib.

 

Həmin bəyanatdan bir az sonra isə şirkət əməkdaşını işdən qovub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar