Amerikada dəhşət: 2 yaşlı uşaq təsadüfən anasını öldürdü
31 dekabr 2014 05:50 (UTC +04:00)

Amerikada dəhşət: 2 yaşlı uşaq təsadüfən anasını öldürdü

0

ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində   2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. İnsident Heyden şəhərində qeydə alınıb.  

 

Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb. Aldığı ağır güllə yarasından qadın hadisə yerində keçinib.

 

İnsident səbəbindən dükan müvəqqəti bağlanıb,  hadisə yerinə polis cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar