Ali məhkəmə həmcinslilərin nikahını yasaqladı
07 yanvar 2014 04:04 (UTC +04:00)

Ali məhkəmə həmcinslilərin nikahını yasaqladı

ABŞ-ın ali məhkəməsi Yuta ştatında həmcinslilərin nikahının müvəqqəti dayandırılması haqda qərar qəbul edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ştat hakimiyyəti bunu antikonstitusion hesab edərək, yerli məhkəmənin çıxardığı qərardan ali məhkəməyə şikayət etmişdi.

 

Yuta əhalisinin çoxu mormondur (xristianlığın təriqəti) və ənənəvi nikaha sadiqdirlər. Həmcinslilərin nikahına yasaq ləğv ediləndən sonra mindən çox gey-cütlüyü nikah bağlayıb.

 

Ötən il dekabrın sonunda Nyu-Meksiko ştatında da homoseksualların nikaha girməsi qanunu ləğv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912
avatar

Oxşar yazılar