Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-a qarşı idxal rüsumlarının tətbiq olunmasını yekdilliklə dəstəkləyiblər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün Brüsseldə keçirilmiş toplantıda qəbul edilib.
Məlumata görə, qeyd olunan addımlar Avropa Komissiyası tərəfindən dəstəklənməlidir. Avropa Komissiyasının növbəti iclası iyunun 20-nə planlaşdırılıb.
Bundan əvvəl ABŞ Aİ, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edib.