ABŞ və İtaliya polisi mafiyanın 20 üzvünü tutub
12 fevral 2014 06:12 (UTC +04:00)

ABŞ və İtaliya polisi mafiyanın 20 üzvünü tutub

İtaliya və ABŞ-da eyni vaxtda mafiya qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi reyd nəticəsində 20 nəfər həbs edilib. İtaliya polisi Kalabriyada yerləşən tanınmış  «Ndrangeta» adlı cinayətkar qrupun üzvlərini tutub.

 

Nyu-Yorkda isə «Qambino» adlı cinayətkar klanla əlaqəsi olan qrup saxlanılıb.

 

 

İtaliya və ABŞ hökuməti bildirib ki, həbslər «çirkli pulların yuyulması və narkotik maddələrin qanunsuz ticarətinə qarşı mübarizə çərçivəsində» keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar