ABŞ Dövlət Departamenti Türkiyədəki həbslərə münasibət bildirib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumata görə, qurumun təmsilçisi Mari Harf gündəlik brifinqdə Türkiyədə korrupsiya və rüşvətlə bağlı keçirilən əməliyyatla bağlı sualları cavablandırarkən deyib bildirib ki, prosesi yaxından, diqqətlə izləyirlər: «Türkiyənin məhkəmə sistemindən şəffaflıq, müasirlik və ədalət üçün ən yüksək standartlara uyğun qərarların veriləcəyini gözləyirik».