ABŞ təmsilçisi: “Biz bütöv, gücül İraq tərəfdarıyıq”
01 iyul 2014 06:46 (UTC +04:00)

ABŞ təmsilçisi: “Biz bütöv, gücül İraq tərəfdarıyıq”

0

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki “İraq Şam İslam Dövləti” terror təşkilatının İraqda «xilafət dövləti» qurmasına ölkəsinin münasibətini açıqlayıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, deyib: «Bunun İraq və Suriya xalqına heç bir faydası yoxdur».

 

“İŞİD” lideri Əbu Bəkir əl – Bağdadinin “xəlifə” elan olunmasına münasibət bildirən C.Psaki deyib: “Bu bəyanın İraq və Suriyadakı insanlara heç bir faydası yoxdur. Bu təşkilatın təbiətidir. Onların insanları qorxu və fərmanla nəzarət altında saxlamaq arzusundan başqa bir nəsnə deyil”.

 

O, İsrailin baş naziri Binyamin Netaniyahunun “müstəqil kürd dövləti qurulmalıdır” şəklində verdiyi bəyanatla bağlı bunları söyləyib: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Biz bütöv, güclü İraq istəyirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar