ABŞ şokda: məktəbə 26 nəfəri öldürdülər
15 dekabr 2012 10:30 (UTC +04:00)

ABŞ şokda: məktəbə 26 nəfəri öldürdülər

ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərinin ibtidai məktəbində baş verən atışmada ölənlərin sayı 26-ya çatıb. Lent.az-ın “Reuters”-ə isitanadən verdiyi məlumata görə, həlak olanların 18 nəfəri uşaqdır.

 

Agentliyin məlumatına görə, atəşi şagirdlərdən birinin atası açıb. Atışma zamanı məktəbdə ən azı 600 uşaq olub. Cinayətkar məhv edilib. Bəzi agentliklər iki cinayətkarın olduğu barədə fərziyyə ilə sürüblər.

 

Hadisə baş verən rayondakı məktəblərdə fövqəladə mühafizə rejimi elan olunub. 

 

Bu arada məlum olub ki, qatilin silahı qanuni şəkildə əldə edilib və onun anasının adına qeydiyyatda olub. APA-nın məlumatına görə, bu barədə “CNN” telekanalına istintaqa yaxın mənbələr xəbər verib.


Telekanalın məlumatına görə, polis hadisə yerində 3 ədəd silah müəyyən edib – Sig Sauer və Glock markalı tapançalar qatilin cənazəsi üzərində, Bushmaster markalı yarıavtomatik tüfəng isə onun məktəb meydançasında saxladığı avtomobilində aşkar edilib. Qeyd olunan silahların hamısı qatil Adam Lenzanın anası Nensi Lenzanın adına qeydiyyatda olub.


Bir qədər əvvəl yayılan məlumata görə, məktəbdə müəllimə işləyən Nensi Lenza təhsil müəssisəsində şagirdləri ilə birlikdə öldürülüb. Lakin CNN telekanalının məlumatına görə, Nensi Lenzanın çoxsaylı güllə yaraları olan cəsədi Nyutaunda, oğlunun mənzilində aşkar edilib.


Bir qədər əvvəl KİV-lər xəbər verirdi ki, Adam Lenza böyük qardaşı Rayanı, başqa versiyaya görə isə atasını da qətlə yetirib. Lakin bu xəbərlər sonradan təsdiqlənməyib.

Bakı vaxtı ilə gecə saatlarında ABŞ prezidenti Barak Obama xalqa müraciət edərək baş sağlığı verib. Obama çıxışı xamanı iki dəfə göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924

Oxşar yazılar

Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14