ABŞ Rusiyanı tərifləyir
14 dekabr 2012 06:17 (UTC +04:00)

ABŞ Rusiyanı tərifləyir

0

ABŞ Dövlət Departamenti Rusiyanın «gerçəkliyə dönməsini» alqışlayıb. Buna səbəb Moskvanın "Bəşər Əsəd rejimi və hakimiyyəti hər keçən gün ölkəyə nəzarəti daha çox itirir” – deməsidir.

Lent.az-ın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov  bildirib ki, artıq Suriya müxalifətinin Əsədi devirəcəyinə heç kim şübhə etməsin: “Əsəd gedəcək. Sadəcə, zaman məsələsi qalıb”.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Nuland rusiyalı diplomatın bu fikrini belə dəyərləndirib:«Biz Rusiya hakimiyyətini tərifləmək istərdik. Nəhayət, onlar da Əsəd rejiminin saylı günlərinin qalması ilə bağlı gerçəkliyi döndü. İndi problem beynəlxalq ictimaiyyətin Suriyada hakimiyyətin demokratik yolla təhvil verilməsini təmin etməsindəndir. Ona görə də  Rusiyanı bizimlə birlikdə işləməyə çağırırıq».

Nulandın qənaətincə, əgər xarici qüvvələr birləşməzsə, o zaman Suriyanı gələcəkdə qan tökülməsi, vacib infrastrukturun dağıdılması gözləyir:«Bu isə ölkənin dirçəlməsini xeyli çətinləşdirir. «Üç B»-nin BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdar Brahiminin, ABŞ Dövlət Departamenti rəhbərliyinin müavini Uilyam Berns və onun rusiyalı həmkarı Mixali Boqdanovun ümumi qərar hazırlaması vacib məsələdir»

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 835

Oxşar yazılar