ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna hakimiyyətini müxalifətlə danışıqlarda yeni addımlar atmağa çağırıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Ukrayna xarici işlər naziri əvəzi Leonid Kojarla Münhendəki görüşündə o, ölkədəki mövcud vəziyyətin «cidd təhlükəli» olduğunu söyləyib.
«Dövlət katibi Ukrayna hakimiyyətini müxalifətlə danışıqlar üçün bu addımları atmağa çağırıb: bütün siyasi məhbusları azad etmək, insan haqlarının təminin məsələsini həll etmək, demokratik sistemin təmin olunması üçün siyasi strukturda islahat aparıb, tarazlığı saxlamaq, Ukraynanın iqtisadi problemlərin həll etmək üçün texniki hökuməti formalaşdırmaq, öz xalqının demokratik istəklərini qarşılamaq» -deyə, dövlət katibinin danışıqlarda iştirak edən köməkçisi Viktoriya Nulland söyləyib.