ABŞ Qərbi Afrikaya 3 min əsgər göndərir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ- prezidenti Barak Obama Ebola virusuna qarşı mübarizəyə görə 3 min mütəxəssis əsgərin Qərbi Afrikaya göndərilməsinə qərar verib. Eləcə də, Amerikanın Liberiyanın paytaxtı Monroviada qərargah quracağı bildirilib.
Qeyd edək ki, Obama 3 min mütəxəssis əsgərin 2 həftə ərzində Afrikaya gedəcəyini və Ebola virusuna qarşı mübarizə aparacaqlarını deyib.