ABŞ Hərbi Hava Qüvvələrinin nüvə raketlərinin buraxılmasına məsul 34 zabiti ixtisasartırma imtahanları zamanı köçürmə etməkdə günahlandırılaraq, tutduqları vəzifədən azad edilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, zabitlər imtahan suallarının cavablarını biri-birinə SMS-lə ötürürmüş.
Hərbi Hava Qüvvələrinin qadın təmsilçisi zabitlərin davranışını «qəbuledilməz» adlandıraraq, onların ucbatından daha 200-ə yaxın insanın yenidən yoxlama imtahanından keçəcəyini söyləyib.
Daha üç zabit isə narkotik maddə saxlamaqda suçlandırılaraq, vəzifədən uzaqlaşdırılıb.