2014-cü ilin birinci yarımilinin nəticələrinə əsasən, neft hasilatı üzrə ABŞ Rusiyanı və Səudiyyə Ərəbistanını keçərək, dünya birincisi olub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ birinci rübdə sutkada 11 milyon bareldə artıq neft hasil edib. Həmin dövrdə Rusiya sutkada 10,53 milyon barel, Səudiyyə Ərəbistanı isə 9,45 milyon barel «qara qızıl» çıxarıb.
Bununla belə ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, bu ölkə dünyada ən çox neft istehlak edən dövlətdir. ABŞ gündə 7,5 milyon barel neft idxal edir.
Beynəlxalq Energetika Agentliyinin proqnozuna əsasən, 2019-cu ildə ABŞ-ın sutkalıq neft hasilatı 13,1 milyon barelə çatacaq.