Dövlət Departamenti ABŞ-ın Mali paytaxtı Bamakodakı səfirliyi əməkdaşlarının ailə üzvlərini köçürüldüyünü bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məsələ ilə bağlı departamentin bəyanatında deyilib:«Malinin şimal və mərkəz hissələri arasında qarşıdurma davam edir. Ölkədə siyasi vəziyyət sabit deyil. Hakimiyyət şimal hissəyə nəzarəti itirib. Qərb dövlətlərinin vətəndaşlarına hücum təhlükəsi artıb».