ABŞ Konqresini partlatmaq istəyənə hökm oxundu
06 dekabr 2016 03:52 (UTC +04:00)

ABŞ Konqresini partlatmaq istəyənə hökm oxundu

0

ABŞ-da Konqres binasına silahlı hücum hazırlamaqda təqsirləndirilən Kristofer Kornelə hökm oxunub.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, 22 yaşlı K.Kornel 30  il müddətinə azadlıqdan məhrum edilib.

 

Məlumata görə, İŞİD terror təşkilatını dəstəkləyən Kristofer Kornel ABŞ-ın ali qanunverici orqanının yerləşdiyi binada, prezident Obamanın çıxışı zamanı terror aktı törətməyi planlaşdırıbmış.

 

Qeyd edək ki, ABŞ-ın Ohayo ştatının sakini K. Kornel 2015-ci ilin yanvarında  Federal Tədqiqatlar Bürosunun  agentləri tərəfindən tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 481

Oxşar yazılar