ABS İŞİD-in lideri barədə məlumata gorə 5 milyon vəd etdi
19 noyabr 2015 02:35 (UTC +04:00)

ABS İŞİD-in lideri barədə məlumata gorə 5 milyon vəd etdi

ABŞ İŞİD liderlərindən biri Tirad əl-Carba barədə informasiyaya görə 5 milyon dollar mükafat elan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentininin mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, beynəlxalq terrorçular siyahısında yer alan T. əl-Carba 2005-ci ildə “Əl-Qaidə”nin İraqdakı qoluna daxil olub. Hazırda o, Türkiyə-Suriya sərhədində İŞİD sıralarına qoşulmaq istəyənləri, həmçinin, maliyyə vəsaitləri və müxtəlif yüklərin daşınmasını təmin edir.

 

Bu məqsədlə Türkiyənin Qaziantep və İŞİD-in nəzarəti altında olan Suriyanın Carabulus arasındakı marşrutdan istifadə edirlər. “2014-cü ildə Əbu Məhəmməd əl-Şimali kimi tanınan Tirad əl-Carba Avropa, Avstraliya və Yaxın Şərqdən gələn silahlıların Türkiyədən Suriyaya keçirilməsini təşkil edib. Eyni zamanda, Suriyanın Əzaz şəhərində qruplaşmanın toplama məntəqəsinə rəhbərlik edib”, məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar