APA-nın xəbərinə görə, bu barədə Pentaqondan açıqlama verilib.
Açıqlamada bildirilib ki, İraqdakı ABŞ hərbi personalının olduğu yerin yaxınlığına top atəşi açılmasından sonra ABŞ hərbi təyyarələri əməliyyata başlayıb.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Barak Obama İraqda radikal islamçı silahlılara qarşı hava zərbələri endirə biləcəklərini bəyan edib.