ABŞ İraqa silah tədarükünə başlayıb
27 dekabr 2013 04:53 (UTC +04:00)

ABŞ İraqa silah tədarükünə başlayıb

ABŞ hakimiyyəti İraqı raket, pilotsuz uçan kəşfiyyat təyyarələri ilə təchiz edir.

Lent.az-ın «Nyu York Tayms»-a istinadən məlumatına görə, bunda məqsəd ölkədə terrorçuluğun qarşısını almaqdır.

Mənbə bildirib ki, ötən həftə Vaşinqton İraqa «Hellfire» tipli 75 raket tədarük edib.

 

2014-cü ilin martında isə ABŞ-ın bu ölkəyə «Scan Eagle» pilotsuz uçan kəşifiyyat qurğusu verməyi planlaşdırır.

 

Qəzetin yazıb ki, hərbi texnika İraqda təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi fonunda əldə edilmiş razılaşmaya əsasən tədarük edilir.

 

Ölkə səhiyyə xidmətinin məlumatına görə, 2013-cü il başlayandan 6,7 min nəfər terror aktlarının qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Oxşar yazılar