İran xarici işlər naziri Abbas Araqçi bildirib ki, Cenevrədə İslam Respublikasının atom-nüvə problemi ilə bağlı bütün fikir ayrılıqlarının tənzimlənməsinə dair razılıq əldə edilib.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki iranlı diplomatın bəyanatını təkzib edərək, deyib ki, İranla danışıqlarda ciddi irəliləyişə nail olunsa da, bütün mübahisəli məsələlərin tənzimlənməsindən danışmaq «hələ ki tezdir».
Avropa Birliyinin təmsilçisi də öz növbəsində danışıqlarda müsbət irəliləyişin əldə olunduğunu desə də, fikir ayrılıqlarının hamısı «öz həllini tapmayıb».
Xatırladaq ki, yanvarın 10-da A.Araqçi Avropa Birliyinin təmsilçisi Helq Şmidt arasında ikitərəfli görüşdən sonra «bütün fikir ayrılıqlarının yoluna qoyulduğunu» bildirmişdi.
Həmin görüşdə ABŞ dövlət katibinin müavini Şerman iştirak etməyib.