ABŞ İrana qarşı yeni sanksiya tətbiq etdi
14 dekabr 2012 22:42 (UTC +04:00)

ABŞ İrana qarşı yeni sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin dekabrın 13-də sanksiyaya məruz qoyduğu 5 İran rəsmisinin və 7 İran şirkətinin adları açıqlanıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İranın nüvə proqramının inkişafına yardım göstərdikləri üçün ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan İran rəsmiləri bunlardır: İran Atom Enerjisi Təşkilatının rəisi Firudin Abbasi, həmin qurumun inkişaf etmiş texnologiyalar bölməsinin rəhbəri Cabir Səfdəri, Uranı Zənginləşdirmə Şirkətinin icraçı direktoru Mürtəza Əhmədəli Behzad, “Surə” adına Nüvə Reaktor Yanacağı Şirkətinin keçmiş direktoru Məhəmmədrza Rizvanizadə və həmin şirkətin əməkdaşı Əmirhüseyn Rəhimyar.

Nazirliyin sanksiya tətbiq etdiyi İranın 7 şirkətinin adları: “İran Puya”, “Ariya Nikan”, “Puya Kontrol”, “Fəratək”, “Neda” Sənaye Qrupu, “Plan və süzgəcdən keçirmə” və “Kəsmə Alətləri İstehsalı” (“Taba”).

Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Noland jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan danışıb: “Bu şirkətlər və şəxslər İran hakimiyyətinə uranı zənginləşdirmək, ağır su reaktoru istehsalı üçün mallar, texnologiyalar və xidmətlər təqdim edib. Həmin şirkətlər və şəxslər BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozublar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar

Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14