ABŞ İrana qarşı daha bir sanksiyasını dayandırdı
07 fevral 2014 23:47 (UTC +04:00)

ABŞ İrana qarşı daha bir sanksiyasını dayandırdı

Fevralın 6-da ABŞ Dövlət Departamenti  İranın Dövlət Radio-Televiziya Şirkətinə tətbiq etdiyi  sanksiyanın müvəqqəti olaraq, dayandırdığını bildirib.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bundan sonra şirkət xarici peyklər vasitəsi ilə yayımlana bilər.

 

Departamentinin bəyanatında deyilib: «İran peyklə yayılan xarici kanallara virus salmağı dayandırdığı, yayıma mane olmayacağı ilə bağlı öhdəlik götürdüyü üçün Dövlət Radio-Televiziya şirkətinə qarşı sanksiya müvəqqəti olaraq, dayandırılıb. Obama hakimiyyətinin bu təşəbbüsü həm də Tehranın Vaşinqton, eləcə də dünya fövqəldövlətləri ilə yeni nüvə danışıqları ərəfəsində qarşılıqlı etimad yaradılması  məqsədi daşıyır».

 

Xatırladaq ki, bu sanksiya bir öncə tətbiq edilmişdi. Onda Tehran hakimiyyəti xarici telekanalların ölkə ərazisində yayımını bloklamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar