ABŞ-ın müdafiə naziri Leon Panetta Əfqanıstanın paytaxtı Kabilə gəlib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfər zamanı amerikalı nazirin Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşəcəyi bildirilir.
Görüşdə 2014-cü ildə ABŞ əsgərlərinin adıçəkilən ölkədən çıxarılması məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, ABŞ hərbiçiləri 2014-cü ildə Əfqanıstan ərazisini tərk edəcək.

ABŞ Əfqanıstanı 2014-cü ildə tərk edəcək
0
0
0
0