ABŞ dövlət katibi Ukrayna prezidentini müxalifətlə danışıqlara çağırdı
21 fevral 2014 10:59 (UTC +04:00)

ABŞ dövlət katibi Ukrayna prezidentini müxalifətlə danışıqlara çağırdı

Prezident Yanukoviç geniş dəstəyə malik olan müvəqqəti hökumətin formalaşdırılması məqsədilə müxalifət liderləri dərhal danışıqlara başlamalıdır.


 

APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerrinin Ukrayna ilə bağlı bəyanatında deyilir.

 

C.Kerri hesab edir ki, keçid hökumətinin yaradılması konstitusiya və iqtisadi islahatlara başlamaq üçün yeganə çıxış yoludur.

 

ABŞ dövlət katibi həmçinin tərəfləri Kiyevdəki zorakılığa son qoymağa çağırıb.

 

“Ukrayna xalqı və beynəlxalq ictimaiyyət baş verənlərə görə cavabdeh olanları məsuliyyətə cəlb edəcək”, - deyə o vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar