ABŞ - İran ticarət dövriyyəsi rekord həddə çatıb
08 fevral 2014 06:10 (UTC +04:00)

ABŞ - İran ticarət dövriyyəsi rekord həddə çatıb

ABŞ Ticarət Nazirliyi  2013-cü ildə İranla aralarındakı ticarət dövriyyəsinin son 4 ildə rekord hədə olduğunu bildirib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 2013-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 2012-ci illə müqayisədə 24 faiz artaraq, 315,5 milyon dollar təşkil edib.

Bununla da 2013-cü ildə ABŞ -İran ticarət dövriyyəsi 2010-cu illə müqayisədə ən yüksək göstəriciyə çatıb. 2010-cu ildə ticarət dövriyyəsi 305 milyon dollar, 2011-də 234 milyon, 2012-də 253 milyon dollar olub.

2013-cü ildə ABŞ İrana 313,3 milyon dollarlı məhsul ixrac edib, bir il öncə bu rəqəm 251,1 milyon olub. 2013-cü ildə isə İrandan 2,2 milyon dollarlıq mal idxal edib. Bu da ondan bir il əvvəlki göstəricidən 4 faiz artıqdır.

Xatırladaq ki, 2011-ci ildə ABŞ İranın bir sıra mallarına sanksiya tətbiq etmişdi. Onların arasında İranda toxunan xalçalar da var idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Oxşar yazılar