İranın atom-nüvə proqrammı ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə Vaşinqton və Tehran təmsilçiləri təmasda olur. Bu münasibət indi də iki dövlət arasında danışıqların başlaması yönəlməkdədir.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti mətbuat xidməti katibinin müavini Mari Harf bildirib ki, İranla ikitərəfli danışığa nail olmağın yolları da müzakirə edilib.
İranın atom-nüvə problemi ilə Vyanada «altılıq»la Tehran təmsilçiləri arasında görüş keçirilib.
Bu tədbirdə ABŞ-ı dövlət katibinin müavini Uendi Şerman təmsil edib.