ABŞ-la AB Ukraynaya yardımı müzakirə edir
04 fevral 2014 07:29 (UTC +04:00)

ABŞ-la AB Ukraynaya yardımı müzakirə edir

ABŞ-la Avropa Birliyi Ukraynaya maliyyə yardımı paketinin hazırlanması haqda danışıqlar aparır.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu Dövlət Departamentinin təmsilçisi Cen Psaki təsdiqləyib.

 

«Biz indi danışıqların ilkin mərhələsindəyik. Avropa Birliyi və başqa tərəfdarlarımızla ehtimal edilən dəstəklə bağlı məsləhətləşmələri aparırıq. Beynəlxalq Valyuta Fondu vasitəçiliyi ilə Ukrayna iqtisadiyyatının sağlam yolda olduğunu təsdiqləyərsə, bu ölkənin yeni hökuməti müəyyənləşəndən sonra yardım edə bilərik» -deyə, təmsilçi bildirib.

 

Onun sözlərinə əsasən, onların istənilən qərarı «Ukraynadakı olayların inkişafından» və ABŞ-la Ab-nin «yeni hökumətlə məsləhətləşməsindən asılıdır».

 

 

Təhlilçilərin qənaətincə, maliyyə yardımı ilə bağlı danışıqlar Qərbin Ukraynaya təsirini gücləndirmək cəhdidir.

 

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Kiyevə səfəri planlaşdırılıb, fevralın 4-də isə AB-nin ali komissarı da ora gedəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar