Bir müddət öncə Qara dənizə ABŞ-ın «Mount Whitney» qərargah gəmisi daxil olmuşdu.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, fevralın 5-də «Ramage» raket daşıyıcısı Qara dənizə daxil olan Amerikanın ikinci hərbi gəmisi olub.
Mənbə bildirib ki, bu gəmi Rusiyanın su ərazisinə girməyəcək. ABŞ Hərbi Dəniz Donanmasının gəmisi Qara dənizin şərqində yerləşdiriləcək.
Gəmi bu su hövzəsində fevralın 24-25- dək qalacağı ehtimal olunur.
1936-cı ildə bağlanmış Monter konvensiyasına əsasən, Bosfor və Dardanel boğazlarından keçən hərbi gəmilər Qara dənizdə 21 sutka qala bilər.