Güclü qrip epidemiyası bütün ABŞ ərazisini əhatə edib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 41 ştatda qrip ocaqları qeydə alınıb.
İlin əvvəlindən 18 uşaq qrip epidemiyasının qurbanı olub. Boston meri Tomas Menino şəhərdə fövqəladə vəziyyət elan edib. Həkimlər uşaqların və qocaların qripdən peyvənd olunmasını məsləhət görürlər. ABŞ-da bir neçə şəhərin meriyası əhaliyə vaksinləri pulsuz təqdim etmək barədə qərar verib.