Yeni il ərəfəsində ABŞ-ın cənub rayonlarında qar burulğanı tüğyan edir.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Texas, Arkanzas, Oklahoma, Missisipi, Luiziana və Alabama ştatlarında 100 mindən çox insan elektrik enerjisi təchizatından mərhum olub.
Alabama ştatının Mobayl şəhərində bir neçə evin damı uçub, elektrik xətləri qırılıb. ABŞ üzrə yüzlərlə aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti Oklahoma ştatında qəzaya yol açıb. 21 avtomobil toqquşub, bir neçə nəfər xəsarət alıb. ABŞ-da 100-dən çox aviareys təxirə salınıb.
Sinoptiklər əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırır. ABŞ-ın şərq və şimal-şərq ştatlarında da qar burulğanı gözlənilir.