Bu ilin yanvarında ABŞ-ın Əmək Nazirliyi ölkədə 113 min yeni iş yerinin açıldığını bildirmişdi.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu, gözlənildiyi və bəyan edildiyindən az olub.
Mənbə bildirib ki, iki ayda yeni iş yerlərinin çox az açılması, ABŞ iqtisadiyyatının inkişafında əvvəlki dinamikanın itirildiyinin göstəricisidir.
Bununla belə 2008-ci ilin oktyabrı ilə müqayisədə işsizliyin səviyyəsi 6,6 faiz azalıb.