Bu gün ABŞ-ın Kaliforniya ştatında 6,4 bal və 6,1 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, 6,4 bal gücündəki ilk zəlzələ saat 14:36 radələrində olub.
Zəlzələnin ocağı Kaliforniya sahillərindən 262 km uzaqda, 11 km dərinlikdə olub. 6,1 bal gücündə ikinci zəlzələnin ocağı isə sahildən 93 km uzaqda yerləşib. Zəlzələlərdən sonra hələ insan tələfatı və dağıntı barədə məlumat gəlməyib. Sunami xəbərdarlığı da edilməyib.