PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın İmralı həbsxanasından yeni şəkilləri yayılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, PKK-ya yaxınlığı ilə bilinən “Diclə” Xəbər Agentliyinin yaydığı şəkillər ötən həftə çəkilib.
Şəkillərdə Öcalanın kürdlərin parlamentdəki təmsilçisi Sülh və Demokratiya Partiyasının (BDP) üzvləri Səlahaddin Demirtaş və Pərvin Buldanla birgə görüntüləri əks olunub.
Qeyd edək ki, A.Öcalan 1999-cu ildə həbs edilib. O, ömürlük həbsə məhkum edilib və 14 ildir İmralı həbsxanasında saxlanılır.