Türkiyə prezidenti Abdullah Gül bu gün müxalifət liderləri ilə bir araya gələcək.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prezident bu gün parlamentdə təmsil olunan CHP, MHP və BDP-nin rəhbərləri ilə görüşəcək.
Dövlət başçısı CHP lideri Kamal Kılıçdaroğlu, MHP lideri Dövlət Baxçalı və BDP-nin həmsədri Səlahaddin Demirtaşla ayrı-ayrılıqda keçiriləcək görüşdə Türkiyə hökumətinin Hakimlər və Prokurorlar Yüksək Qurumu (HSYK) ilə bağlı hazırladığı qanun layihəsi barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, Ərdoğan hökuməti adı çəkilən qurumla bağlı qanuna dəyişiklik paketini parlamentə təqdim edib. Təhlilçilər iddia edir ki, bu qanun layihəsi məhkəmə sistemini bütövlüklə hökumətdən asılı vəziyyətə salmağa xidmət edir.