Yanvarın 11-də Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas bildirib ki, Qüdslə bağlı razılaşma olmadan İsraillə sülh mümkün deyil.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda o, Ramalladakı ofisində Şərqi Qüdsün sakinləri ilə görüşdə bəyanat verib.
M.Abbas deyib ki, İsrail tərəfi Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi ilə bağlı yekun razılaşmaya Qüds məsələsini daxil etmək istəmir.
Muxtariyyət başçısı BMT-də qəbul edilən bütün sənədlərdə Fələstin xalqının haqqının müdafiəsində israrlı olacağına söz verib.